Aleksandr Plyuşenko Azərbaycan millisində debüt edəcək

18 Avqust 2026 20:12
69
Aleksandr Plyuşenko Azərbaycan millisində debüt edəcək

Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandasının üzvü Aleksandr Plyuşenko ölkəmizin heyətində ilk yarışına çıxacaq.

İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Ankarada keçiriləcək yeniyetmələrin Qran-pri mərhələsinə sifariş olunub.

Turnir sentyabrın 17-dən 19-dək keçiriləcək.

Bu yarış 13 yaşlı Aleksandr Plyuşenkonun Azərbaycan yığmasının heyətində debütü olacaq.

İdman.Biz