Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında mübarizəyə başlayıb

Xəbərlər
11 Yanvar 2024 11:43
140
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında mübarizəyə başlayıb

Fiqurlu konkisürmə üzrə Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Litvanın Kaunas şəhərində keçirilən yarışın ilk günündə kişilər və idman cütləri mübarizəyə başlayıb.

Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramda çıxış edib. O, 69,72 xalla 32 iştirakçı arasında 20-ci yeri tutub.

Vladimir sərbəst proqramda iştirak hüququ qazanan 24 idmançı sırasına düşüb. Kişilərin yarışına yanvarın 12-də yekun vurulacaq.

Qeyd edək ki, buz üzərində rəqslərdə ölkəmizi təmsil edəcək Adrianna Karhart və Aleksandr Kolosovskidən ibarət duet mübarizəyə sabah başlayacaq.

İdman.biz

Məqalədə: