Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər Sloveniyada keçirilən yeniyetmələrin Qran-prisində ilk “5-liy”ə daxil olub.
Bu barədə İdman.Biz xəbər verir.
Belə ki, Sofiya Beznosikova və Maks Lelyu 17 iştirakçı arasında dördüncü yeri tutublar. Duet ümumilikdə 149,01 xal toplayıb. Onlardan 58,00 xal ritmik rəqsə, 91,01 xal isə sərbəst rəqsə görə verilib.
İdmançılar bu yarışda 2025-ci ildə keçirilən yeniyetmələr arasında dünya çempionatında müəyyənləşdirdikləri hər üç göstərici üzrə şəxsi rekordlarını da yeniləyiblər.
Qeyd edək ki, fiquristlər bu ildən Azərbaycanı təmsil edirlər. Onlar əvvəllər Belçikanın heyətində çıxış ediblər.
