Julia Simon geri döndü və qalib oldu

Xəbərlər
26 Yanvar 2026 08:20
131
Julia Simon geri döndü və qalib oldu

Fransalı biatlonçu, Olimpiya Oyunlarının mükafatçısı və 10 qat dünya çempionu Julia Simon diskvalifikasiya müddəti başa çatdıqdan sonra Dünya Kubokunda ilk şəxsi qələbəsini qazanıb. O, 2025/2026 mövsümündə Çexiyanın Nove-Mesto şəhərində keçirilən mərhələdə kütləvi start yarışında birinci olub.

İdman.Biz xəbər verir ki, Simon mövsüm ərzində bundan əvvəl yalnız bir dəfə podiuma yüksəlmişdi. O, Almaniyanın Oberhof şəhərində təşkil olunan mərhələdə sprint yarışında üçüncü yeri tutmuşdu. Həmin mərhələdə fransalı biatlonçu Fransa millisinin heyətində estafet yarışının da qalibi olmuşdu.

Qeyd edək ki, 29 yaşlı Julia Simon 2025-ci ilin noyabrında bank kartları ilə bağlı dələduzluq işi üzrə şərti cəza aldığı üçün bir ay müddətinə yarışlardan kənarlaşdırılmışdı. Biatlonçu dekabrın ortalarından etibarən yenidən rəsmi turnirlərdə çıxış etməyə başlamışdı.

İdman.Biz