Azərbaycanlı fiqurlu konkisürən İtaliyada gümüş medal qazandı - FOTO

Xəbərlər
25 Yanvar 2026 22:25
78
Azərbaycanlı fiqurlu konkisürən İtaliyada gümüş medal qazandı - FOTO

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən beynəlxalq “Merano Ice Trophy” turnirində uğurlu nəticə əldə edib.

İdman.Biz Report nəşrinə istinadən xəbər verir ki, idmançı qısa və sərbəst proqramların cəminə görə 166,39 xal toplayıb. Yarışda ümumilikdə 10 fiqurlu konkisürən mübarizə aparıb.

Bu nəticə ilə Nərgiz Süleymanova turnirin gümüş medalına layiq görülüb və Azərbaycan fiqurlu konkisürməsini beynəlxalq arenada uğurla təmsil edib.

İdman.Biz