Avropa çempionatına vəsiqə qazanan fiqurlu konkisürənimiz: “Xəyalım reallaşdı” - FOTO

Xəbərlər
2 Dekabr 2025 15:31
51
Avropa çempionatına vəsiqə qazanan fiqurlu konkisürənimiz: “Xəyalım reallaşdı” - FOTO

“Dünən bir xəyalım reallaşdı”.

İdman.Biz xəbər verir ki, bu sözləri fiqurlu konkisürmə üzrə Avropa çempionatına vəsiqə qazanan Nərgiz Süleymanova şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.

“Azərbaycan bayrağını qaldırmaq mənim üçün böyük şərəf idi. Mənə güvənib bu imkanı verdiyi üçün federasiyama dərin təşəkkürümü bildirirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Nərgiz Süleymanova noyabrın 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156,53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.

Həmin yarışda Arina Kaluqina (154.85 xal ) beşinci, Səbinə Əliyeva (137.22 xal) isə altıncı yeri tutublar.

İdman.Biz