Sevgilisindən Olimpiya çempionuna bahalı hədiyyə - VİDEO

10 Mart 2026 14:20
115
Sevgilisindən Olimpiya çempionuna bahalı hədiyyə - VİDEO

Niderland millisinin fiqurlu konkisürəni, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının qalibi Yutta Lerdam sevgilisindən bahalı hədiyyə alıb.

İdman.Biz xəbər verir ki, bloqer Ceyk Pol Olimpiya çempionu olan sevgilisinə “Brabus G-Class” avtomobilini (Mercedes) hədiyyə edib.

“Kraliçam üçün yalnız ən yaxşısı. O, qızıl və gümüş medallar üçün çox çalışdı, buna görə də ona bürünc rəngli “Brabus G-Class” avtomobili hədiyyə etdim”, – deyə Ceyk Pol bildirib.

Qeyd edək ki, Yutta Lerdam qış olimpiya oyunlarında sürətli konkisürmə növündə qazandığı uğurla dünya miqyasında tanınıb.

İdman.Biz
Məqalədə: