Azərbaycanın buzüstü rəqsçiləri dünya çempionatına vəsiqə qazandı - FOTO/VİDEO

Xəbərlər
1 Dekabr 2025 17:15
64
Azərbaycanın buzüstü rəqsçiləri dünya çempionatına vəsiqə qazandı - FOTO/VİDEO

Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlada təmsil edən Anna Obrien və Drake Tonq buzüstü rəqs cütlüyü Estoniyada keçiriləcək yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.

İdman.Biz Qış İdmanı Növləri Federasiyasına istinadən xəbər verir ki, cütülük bunu Macarıstanın paytaxtı Budapeştdətəşkil olunan “Santa Claus Cup” yarışında reallaşdırıb.

Azərbaycan təmsilçiləri 11 idmançı arasında 126.79 xalla 6-cı yeri tutub.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 3-8 martda Estoniyanın paytaxtı Tallində keçiriləcək.

İdman.Biz