Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev ABŞ-nin Leyk-Plesid şəhərində keçirilən Qran-pridə qısa proqramdan sonra ilk onluğa düşüb.
İdman.Biz-in məlumatına görə, hakimlər onun çıxışını 75,87 xalla qiymətləndiriblər ki, bu nəticə Litvintsevə yeddinci yeri qorumağa imkan verib.
Azərbaycan idmançısı italiyalı Nikola Memoladan 0,26 xal öndədir və Yaponiyadan olan Tatsuya Cubsuoya 1,81 xal uduzur.
Qısa proqramdan sonra liderliyi yaponiyalı Kazuki Tomono (95,77) tutur. Fransalı Kevin Ayma (93,56) ikinci, Qazaxıstan idmançısı Mixail Şaydorov (89,67) isə üçüncüdür.
Fiqurlu konkisürənlər 15 noyabr, şənbə günü sərbəst proqramla çıxış edəcəklər.
Teymur Tuşiyev
