Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina Qazaxıstanda rekorda imza atıb.
İdman.biz xəbər verir ki, “Denis Ten Memorial Challenger” seriyasında +2.91 bal toplayan Arina “Dördlü Salxov” üzrə əvvəlki olimpiya rekordunu (yaponiyalı Mao Şima tərəfindən qoyulmuş nəticəni) geridə qoyub.
Seriyada 13 ölkədən 20 idmançının iştirakı ilə keçirilən yarışda Arina yekunda 167,24 xal toplayaraq bürünc medala sahib olub.