5 çəkidə Azərbaycanın ən güclü ağırlıqqaldıranları bəlli olub

Xəbərlər
28 İyun 2025 17:24
40
5 çəkidə Azərbaycanın ən güclü ağırlıqqaldıranları bəlli olub

Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar 5 çəki dərəcəsində mübarizəyə qoşulub.

Birinciliyin yekununa əsasən Nəzrin Hüseynli (53 kq) toplamda 87 kq (37 kq + 50 kq), Türkanə Eminova (58 kq) 115 kq (55 kq + 60 kq), Xeyransa İbrahimli (63 kq) 99 kq (45 kq + 54 kq), Arzu Qədimova (69 kq) 139 kq (66 kq + 73 kq) və Zəhra Qənbərzadə (+86 kq) 92 kq (42 kq + 50 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman.biz