İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Nuray Əbilova Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü birdən qaldırma hərəkətində 70 kq nəticə göstərib.
Əbilova təkanla qaldırmada 85 kq çəkini ram edərək bürünc medal qazanıb.
Ağırlıqqaldıran iki hərəkətin cəmində 155 kq nəticə göstərib və toplamda da üçüncü yeri tutaraq daha bir bürünc medala sahib çıxıb.
Beləliklə, Nuray Əbilova Avropa birinciliyini iki bürünc medalla başa vurub.

