Azərbaycan klubu rusiyalı mütəxəssislə müqaviləni uzadıb

Xəbərlər
18 Sentyabr 2025 21:38
36
Azərbaycan klubu rusiyalı mütəxəssislə müqaviləni uzadıb

Azərbaycanın "Murov Az Terminal" voleybol klubu yeni mövsümə hazırlığını davam etdirir.

İdman.biz-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Murov rusiyalı fitnes mütəxəssisi İvan Volodiçevlə müqaviləsini bir mövsümlük uzadıb.

Azərbaycan klubu daha əvvəl yerli mütəxəssis Eldar Əliyev və voleybolçu Abdu Mehdi ilə də müqaviləni uzadıb. Daha əvvəl bir neçə başqa voleybolçu və məşqçilərlə də müqavilə uzadılıb.

İdman.biz