Azərbaycan klubunda braziliyalı voleybolçu

11 Sentyabr 2025 16:33
312
Azərbaycan klubunda braziliyalı voleybolçu

“Ordu” heyətini yeni voleybolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

193 santimetr boya malik braziliyalı Uillian Rabel karyerası ərzində Macarıstan, Qətər və Kiprdə legioner həyatı yaşayıb.

O, Braziliya Superliqasının ən məşhur və köklü klublarından biri olan “Minas”ın yetirməsidir.

İdman.biz