“Murov Az Terminal” belaruslu çalışdırıcı ilə müqaviləni uzadıb

Xəbərlər
4 Sentyabr 2025 20:24
41
“Murov Az Terminal” belaruslu çalışdırıcı ilə müqaviləni uzadıb

“Murov Az Terminal” voleybol klubu belaruslu məşqçi Oleq Bulbenkovla əməkdaşlığı uzadıb.

Bulbenkov 2025/2026 mövsümündə də gənclərdən ibarət komandanın “sükanı arxasında” qalacaq.

İdman.biz-in məlumatına görə, klub rəhbərliyi mütəxəssisin uğurlu işini davam etdirəcəyini gözləyir.

Daha əvvəl yerli köməkçi məşqçi Fəxri Abdullazadə ilə də müqavilənin uzadıldığı, təcrübəli mütəxəssis İqor Qalaqanovun Qazaxıstandan “Murov Az Terminal”ın qadınlardan ibarət komandasına ikinci məşqçi kimi dəvət edildiyi bildirilib.

İdman.biz