Yeni yaradılan "Turan" voleybol klubunun "Turan Tovuz" futbol klubu ilə heç bir əlaqəsi yoxdur.
İdman.biz bildirir ki, bu barədə Sportnet.az-a "Turan"ın meneceri Nərgiz İsmayılova məlumat verib.
Onun sözlərinə görə, yeni komanda da Tovuzu təmsil edir, amma tam fərqli rəhbərliyi var. İsmayılova klubun yaxın vaxtlarda təqdimatının olacağını əlavə edib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti iş adamı Həsən Zeynalovdur.
"Turan" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbovdur. Tovuz təmsilçisi Azərbaycan millisinin voleybolçuları Ülkər Kərimova, Yuliya Kərimova və Ayşən Abduləzimova ilə müqavilə bağlayıb.
İdman.biz