Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinatlar alıblar.
İdman.biz xəbər verir ki, Fuad Hacıyev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək.
O, qadın voleybolçular arasında Serbiyanın “Jelezniçar” və İtaliyanın “Çieri 76” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış kubokunun 1/8 final mərhələsində birinci hakim olacaq. O, “Qalatasaray” (Türkiyə) – “Viesbaden”(Almaniya) qarşılaşmasını idarə edəcək.
İdman.biz