Millimiz ABŞ-a qalib gəlib, Yunanıstana yollanıb - FOTO

Xəbərlər
17 May 2025 14:22
56
Millimiz ABŞ-a qalib gəlib, Yunanıstana yollanıb - FOTO

Avropa Qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışını başa vurub.

İdman.biz xəbər verir ki, Maribor şəhərində baş tutan hazırlıq prosesində komandamız Sloveniya yığması ilə birgə məşqlər edib.

Həmçinin, millimiz buradakı təlim-məşq toplanışı çərçivəsində ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və qarşılaşma millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komandamız bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Millimiz mayın 24-dək burada təlim-məşq toplanışında olacaq. Komandamızın Yunanıstanda da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, yığmamız Avropa Qızıl Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.

İdman.biz