Voleybolçularımız MDB Oyunlarına Özbəkistanda hazırlaşacaq

Xəbərlər
9 Avqust 2025 09:19
55
Voleybolçularımız MDB Oyunlarına Özbəkistanda hazırlaşacaq

16 yaşadək (U-16) qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.

İdman.biz xəbər verir ki, bu məqsədlə komanda Daşkəndə yola düşüb.

Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

İdman.biz