Monteneqro millisinin hücumçusu Azərbaycan klubunda

Xəbərlər
2 Avqust 2025 15:12
87
Monteneqro millisinin hücumçusu Azərbaycan klubunda

Yeni mövsüm ərəfəsində “Milli Aviasiya Akademiyası” voleybol komandası heyətini gücləndirməyə başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan klubu Monteneqro millisinin hücumçusu Daniyela Cakoviçin transferini reallaşdırıb.

O, ötən mövsümü İtaliyanın “Balduççi” klubunda keçirib.

Komandanın digər yeni transferi isə Azərbaycan millisinin hücumçusu Kseniya Pavlenko olub.

İdman.biz