İranlı voleybolçudan dünya rekordu

Xəbərlər
21 İyul 2025 00:49
52
İranlı voleybolçudan dünya rekordu

İran millisinin voleybolçusu Morteza Şarifi yeni dünya rekordu müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, o, Fransa komandası ilə oyunda (3:0) tullanıb zərbə ilə topu 139 km/saat sürətlə rəqibin zonasına göndərib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Qeyd edək ki, əvvəlki yüksək göstəricilər bolqarıstanlı Matey Kaziyski (132 km/saat) və Kuba əsilli Vilfred Leona (138 km/saat) məxsus idi.

İdman.biz