Azərbaycanlı beynəlxalq dərəcəli hakim Fuad Ağayev qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
İdman.biz xəbər verir ki, o, avqustun 9-da Avstriyanın Hartberq şəhərində Avstriya və Şimali Makedoniya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.
Matçın digər referisi portuqaliyalı Rikardo Ferreyra olacaq.
Qeyd edək ki, seçmənin ilk turundan sonra avstriyalılar öz qruplarında ikinci, rəqibləri isə üçüncüdür.
İdman.biz