Belə mühüm turnirin möhtəşəm təşkilatçılığında əməyi olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.
İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova özünün feysbuk səhifəsində yazıb.
Avropa çempionatı ilə bağlı fikirlərini bölüşən 33 yaşlı hücumçu, ailə üzvlərinə, onu və komanda yoldaşlarını tribunadan dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib: "Təbii ki, bu oyunlar hər iki ildən bir təkrarlanır. Amma son üç ildə yığmada olmadığımı nəzərə alsaq, Avropa çempionatı mənə ətrafda baş verən hər şeyin sevincini, böyük bir hadisənin hissini yenidən yaşatdı. Arzu edirəm ki, hər bir idmançı bu hissləri yaşasın".
Qeyd edək ki, C qrupunda beşinci yeri tutan Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
İdman.biz