Azərbaycanlı hakim Türkiyə komandasının matçını idarə edəcək

Xəbərlər
11 İyul 2025 14:58
35
Azərbaycanlı hakim Türkiyə komandasının matçını idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə kişi komandalar; arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.

İdman.biz xəbər verir ki, o, avqustun 13-də Türkiyə və Danimarka yığmaları arasında Malatyada keçiriləcək matçda hakimlik edəcək.

Qarşılaşmanın digər hakimi isə yunanıstanlı Vasileos Vasiliadis olacaq.

Qeyd edək ki, seçmə mərhələnin ilk dövrəsindən sonra danimarkalılar öz qruplarında turnir cədvəlinə başçılıq edirlər, Türkiyə komandası isə sonuncu pillədə qərarlaşıb.

İdman.biz