Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zona Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, millimiz ikinci matçında Ukrayna ilə qarşılaşıb.
Hər üç set rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv ən yaxşı halda 13 top qazana bilib.
İlk matçda Latviyaya uduzan komandamız növbəti oyununu sabah Estoniyaya qarşı keçirəcək.
EEVZA çempionatı
II tur
21 noyabr
Azərbaycan – Ukrayna - 0:3 (9:25, 8:25, 13:25)
Qeyd edək ki, turnir 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır. Qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
İdman.biz