Azərbaycan klubunun yeni baş məşqçisi məlum olub

Xəbərlər
4 İyul 2025 10:06
57
Azərbaycan klubunun yeni baş məşqçisi məlum olub

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisinin adı açıqlanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, komanda Emin Əbilova həvalə edilib.

Onunla 2025/2026 mövsümü üçün müqavilə imzalanıb. Əbilov ötən mövsüm Bakı təmsilçisində köməkçi məşqçi postunda çalışıb.

Qeyd edək ki, yeni baş məşqçi "Azərreyl" və Azərbaycan millisində də işləyib.

İdman.biz