Millimizin hücumçusu "Leninqradka"ya qayıdıb

Xəbərlər
1 İyul 2025 12:02
41
Millimizin hücumçusu "Leninqradka"ya qayıdıb

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban iki il Rumıniyada çıxış etdikdən sonra Rusiya çempionatına qayıdır.

İdman.biz xəbər verir ki, "Alba"nın heyətində Rumıniya çempionu və ölkə kubokunun qalibi olan hücumçu "Leninqradka"nın təklifinə müsbət cavab verib.

O, artıq 2018-2020-ci illərdə Sankt-Peterburq klubunda çıxış edib.

Ötən mövsüm Ruban Rumıniya çempionatının ən yaxşı üç hücumçusu arasında yer alıb və bir neçə dəfə də matçın ən dəyərli oyunçusu seçilib. Hücumçu həm də "Alba"nın CEV kubokunun finalına yüksəlməsinə yardımçı olub.

İdman.biz