Millimizin hücumçusu “Azərreyl”də

Xəbərlər
26 İyun 2025 09:17
41
Millimizin hücumçusu “Azərreyl”də

Azərbaycan millisinin voleybolçusu Anastasiia Baidiuk karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

İdman.biz xəbər verir ki, son mövsümü Rumıniyada "Tarqu Mureş"də oynayan 26 yaşlı hücumçu "Azərreyl"lə anlaşıb.

O, Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Baidiuk Azərbaycanda yetirməsi olduğu "Telekom"la yanaşı, "Murov AZ Terminal"ın formasını geyinib. O, həmçinin Polşa, Macarıstan, Rumıniya və Fransada legioner həyatı yaşayıb.

İdman.biz