Voleybolçularımız Latviyaya yollanıb

Xəbərlər
19 Noyabr 2023 10:18
Voleybolçularımız Latviyaya yollanıb

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyaya yollanıb.

İdman.biz xəbər verir ki, yığmamız noyabrın 20-26-da Daugavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda noyabrın 20-də ilk matçını ev sahibi Latviya komandasına qarşı keçirəcək. AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, voleybolçularımız Gürcüstan, Latviya, Ukrayna, Litva, Estoniya və Polşa milliləri ilə üz-üzə gələcək.

İdman.biz