Kristina Besman: "Omiçka" ilə yeni fəsil yazmaq istəyirəm"

Xəbərlər
6 İyun 2025 13:32
66
Kristina Besman: "Omiçka" ilə yeni fəsil yazmaq istəyirəm"

Azərbaycan millisinin voleybolçusu Kristina Besman "Omiçka"nın heyətində qarşıdan gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.

İdman.biz xəbər verir ki, o, komandasının Rusiya Superliqasında ən azı pley-offa vəsiqə uğrunda mübarizə apara biləcəyinə ümid etdiyini bildirib.

Besman qarşılarında böyük hədəflər olduğunu bildirib: "Biz pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq. Çünki "Omiçka" böyük tarixə malik komandadır. Yeni fəsil yazmaq istəyirəm. Mövsüm üçün hədəflərimə gəlincə, onlar yalnız klubun uğurlu çıxışı ilə bağlıdır".

Qeyd edək ki, Besman daha əvvəl "Yenisey"də çıxış edib.

İdman.biz