“Möminə Xatun” və “Oğuz RVK” çempion olub

Xəbərlər
2 İyun 2025 22:56
70
“Möminə Xatun” və “Oğuz RVK” çempion olub

16 yaşadək voleybolçu qız və oğlanlar arasında Azərbaycan biriliyininin qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, hər iki finalda gərgin mübarizə alınıb.

Qızların mübarizəsində həlledici oyunda “Azərreyl” - “Möminə Xatun” komandaları qarşlaşıblar. Naxçıvan voleybolçuları 1:2 hesabı ilə geri düşsələr də, əzmkarlıq sayəsində qalib gəliblər - 3:2.

Oğlanların yarışında da qalib 5 setdə müəyyənləşib. “Oğuz RVK” çempion tituluna sahib çıxıb.

Azərbaycan birinciliyi (U-16)
Qızlar
3-cü yer

“Şərqi Zəngəzur RVK” - “Bakı VK” - 3:0 (25:13, 25:19, 25:20)

Final
“Azərreyl” - “Möminə Xatun” - 2:3 (23:25, 25:22, 25:20, 23:25, 9:15)

Oğlanlar
3-cü yer

“Gəncə RVK” - “Azərreyl-3” - 3:0 (25:10, 25;21, 25:21)

Final
“Oğuz RVK” - “Bakı RVK” - 3:2 (25:15, 21:25, 25:17, 20:25, 16:14)

İdman.biz