Bakıda qadın voleybolçular arasında Avropa Qızıl Liqasının növbəti oyunu keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi turnirdə ikinci matçında da məğlub olub.
Faiq Qarayevin yetirmələri bu dəfə Sloveniyaya 0:3 hesabı ilə uduzublar.
Komandamız ilk turda isə Macarıstana 0:3 hesabı ilə məğlub olub. Sloveniyalılar da macarlara həmin hesabla qalib gəliblər.
Avropa Qızıl Liqası
1 iyun
18:00. Azərbaycan - Sloveniya 0:3 (16-25, 19-25, 23-25)
Qeyd edək ki, Azərbaycan millisini qarşıda dörd səfər oyunu gözləyir. Yığmamız iyunun 6-da Slovakiya, 7-də Monteneqro, 13-də Xorvatiya və 14-də Rumıniya ilə görüşəcək.
İdman.biz