Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız oyunları Bakıda keçirilən ilk turnirin açılış matçına çıxıb.
Faiq Qarayevin yetirmələri Macarıstanla üz-üzə gəliblər. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Oyun rəqib komandanın üstünlüyü ilə keçib. Macarlar hər 3 setdə qalib gəliblər.
Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 1-də Slovakiyaya qarşı keçirəcək.
Avropa Qızıl Liqası
Qadınlar
I turnir (Azərbaycan)
30 may
18:00. Macarıstan - Azərbaycan - 3:0 (25:13, 25:22, 25:20)
GIN-in Voleybol Mərkəzi
İdman.biz