Millimizin Avropa Qızıl Liqası üçün yekun heyəti açıqlanıb

Xəbərlər
29 May 2025 11:32
69
Millimizin Avropa Qızıl Liqası üçün yekun heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisini Avropa Qızıl Liqası üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yekun heyətdə 14 voleybolçu yer alıb.

Baş məşqçi Faiq Qarayev və Köməkçiləri Famil Ağayevlə Emin Əbilov təlim-məşq toplanışına çağırılan 19 oyunçudan beşini heyətə daxil etməyiblər.

Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.

İdman.biz