Bu gün Azərbaycanlı hakim Türkiyə klubunun oyununu idarə edəcək

Xəbərlər
15 Yanvar 2026 10:48
67
Bu gün Azərbaycanlı hakim Türkiyə klubunun oyununu idarə edəcək

Bu gün Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çempionlar Liqasının oyununda baş hakim olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov Türkiyədə keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Eczacıbaşı” (Türkiyə) və “Olimpiakos” (Yunanıstan) klubları arasında baş tutacaq qarşılaşmada baş hakim olacaq.

Oyunun ikinci hakimi vəzifəsini isə polşalı Voyçex Maroşzek icra edəcək.

İdman.Biz