“Abşeron”un legioneri: “Azərbaycan çempionatı çox maraqlıdır”

Xəbərlər
15 Yanvar 2026 23:31
61
“Abşeron”un legioneri: “Azərbaycan çempionatı çox maraqlıdır”

“Azərbaycan Yüksək Liqasında hər komanda özünə görə güclüdür”.

İdman.Biz xəbər verir ki, bunu “Abşeron”un qadın voleybolçularda ibarət komandasının üzvü Darya Vakulka deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən hücumçu, Yüksək Liqanın doqquzuncu turunda “Gənclər”lə oyunu şərh edib.

Oyun 3:1 hesabı ilə “Abşeron”un xeyrinə qurtarıb.

“Biz məşqçinin tapşırıqlarını yerinə yetirdik və qalib gəldik. Rəqibimiz güclü idi. Komanda olaraq daha emosional və güclü çıxış etdik, nəticədə qələbə qazandıq. Azərbaycan çempionatı çox maraqlıdır. Hər komanda özünə görə güclüdür, biz də çalışırıq. Hər komandaya uyğun hazırlaşırıq və ən yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edirik”, - Vakulka bildirib.

İdman.Biz