Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Azərbaycan Voleybol Federasiyasından İdman.biz-a verilən məlumata görə, İqor Olefirin rəhbərlik etdiyi komanda təsnifat mərhələsində keçirdiyi dörd oyundan ikisində qələbə qazanıb, ikisində məğlub olub.
Muhammad Aslanlı - Nəriman Bayramlı cütü Andorra və Şotlandiyaya qalib gəlsələr də, Slovakiya və Serbiyaya uduzublar.
Reqlamentə görə, təsnifat mərhələsində 3 qələbə qazanan cütlər əsas mərhələyə vəsiqə qazanırlar. Azərbaycan yığması növbəti raunda yüksələ bilməyib.
İdman.biz