Liderlərdən asan qələbələr - FOTO

Xəbərlər
19 Mart 2025 20:39
97
Liderlərdən asan qələbələr - FOTO

Bu gün kişi voleybolçuların Yüksək Liqasında XVI turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, turun matçları eyni gündə baş tutub.

Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan komandalar ikinci yarıda yer alan rəqiblərlə üz-üzə gəlib. Lider “Murov Az Terminal” MOİK-i, “Xilasedici” isə “Gənclər”i sınağa çəkib. Favoritlər çətinlik çəkmədən qalib gəliblər - 3:0.

Tura “Azərreyl” - “Neftçi” qarşılaşması ilə yekun vurulub. "Dəmiryolçular" 3:1 hesabı ilə üstün olublar.

Yüksək Liqa (kişilər)
XVI tur
19 mart

16:00. “Xilasedici” - “Gənclər” - 3:0 (25:17, 25:22, 25:18)
FHN-in idman zalı

16:00. MOİK - “Murov Az Terminal” - 0:3 (20:25, 17:25, 24:26)
GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Neftçi” - 3:1 (25:19, 25:19, 23:25, 26:24)
GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

16

12

4

41-13

38

2

Xilasedici

15

12

3

39-13

36

3

Azərreyl

15

12

3

39-15

35

4

Neftçi

16

8

8

28-30

24

5

MOİK

16

3

13

9-43

8

6

Gənclər

16

0

16

6-48

1

İdman.biz