Kseniya Pavlenkonun arzusu: “Pley-offa lider kimi çıxaq”

Xəbərlər
28 Fevral 2025 10:24
109
Kseniya Pavlenkonun arzusu: “Pley-offa lider kimi çıxaq”

“Bizim üçün vacib oyun idi”.

İdman.biz xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın voleybolçusu Kseniya Pavlenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Hücumçu Azərbaycan Yüksək Liqasının XIII turunda “Abşeron” üzərində qazandıqları qələbəni şərh edib. O, oyunun maraqlı keçdiyini vurğulayıb: “Abşeron”u 3:0 hesabı ilə məğlub etdik. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Qarşıdakı matçlar da mühümdür. Biz bu qarşılaşmalara da yaxşı hazırlaşacağıq ki, pley-offa lider kimi çıxaq”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” 13 turdan sonra 30 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Onlar lider “Abşeron”dan 2 xal geri qalırlar.

İdman.biz