Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun yer aldığı “Alba” Rumıniyada müntəzəm çempionatı birinci yerdə başa vurub.
İdman.biz xəbər verir ki, yarışın son turunda komanda "Bukureşti"ni 3:1 hesabı ilə məğlub edib.
"Alba"nın məşqçilər korpusu Rubana istirahət verib, Xarçenko isə 9 xal qazanıb.
İndi komandanı pley-off mərhələsi gözləyir.
İdman.biz