“Xarı Bülbül Şuşa” “Panatinakos”a rəqib olub

Xəbərlər
26 Oktyabr 2023 21:21
207
“Xarı Bülbül Şuşa” “Panatinakos”a rəqib olub

Kişi voleybolçulardan ibarət Azərbaycanın “Xarı Bülbül Şuşa” klubunun Çağırış kubokunun 1/16 final mərhələsində rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Ziya Rəcəbovun yetirmələri “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaqlar.

İlk mərhələdən azad olan yunan təmsilçisi Yunanıstan Liqa kubokunun son qalibidir. Komandalar arasında birinci oyun noyabrın 22-23-də Bakıda keçiriləcək. Cavab matçı ayın 29-da Afinada baş tutacaq.

Qeyd edək ki, “Xarı Bülbül Şuşa” turnirin 1/32 finalının hər iki oyununda “Spartak”ı (Slovakiya) məğlub edib.