Onlar Azərbaycan çempionatında məşqçilik edə biləcəklər - FOTO

Xəbərlər
21 Yanvar 2025 13:29
145
Onlar Azərbaycan çempionatında məşqçilik edə biləcəklər - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) Gəncə şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.

İdman.biz xəbər verir ki, Gəncə OİK-də baş tutan və beş gün davam edən AVF-nin 1-ci dərəcə məşqçi kursunda yerli çalışdırıcılarla yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edib.

Dərslər AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 8 mütəxəssisə AVF-nin 1-ci dərəcə sertifikatı təqdim olunub.

Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda 1-ci dərəcə məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. 1-ci dərəcə sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.

İdman.biz