Abduləzimova çempionata qələbə ilə başlayıb

Xəbərlər
15 Oktyabr 2023 10:22
259
Abduləzimova çempionata qələbə ilə başlayıb

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova macarıstanlı "Vaşaş"a ölkə çempionatına qələbə ilə başlamasına kömək edib.

İdman.biz xəbər verir ki, Ekstraliqanın ilk turunda Macarıstan çempionu öz meydanında KNRC klubunu qəbul edib. Qarşılaşmanın favoriti 3:1 hesabı ilə qalib gəlib, voleybolçumuz isə 7 xal qazanıb.

Qeyd edək ki, Abduləzimova iki il ardıcıl həm çempionluq, həm də ölkə kubokunu qazanan "Vaşaş"ın kapitanıdır. Komanda Çempionlar Liqasının qrup mərhələsində də çıxış edəcək.

Nicat Zəkiyev

İdman.biz