Yarımfinalçılar bəlli olub

Xəbərlər
30 Oktyabr 2024 23:12
307
Yarımfinalçılar bəlli olub

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.

İdman.biz xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında olub.

GİN-nin Voleybol Mərkəzində baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra meydana B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar.
Qrup mərhələsinin son qarşılaşması "Milli Aviasiya Akademiyası"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla ikinci olub. B qrupunda isə “Abşeron” 5 xalla lider kimi, 4 xal toplayan “Milli Aviasiya Akademiyası” ikinci yeri tuataraq, yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “Azərreyl” komandası ilə qarşılaşacaq.

Ölkə kuboku
Qadınlar
30 oktyabr
A qrupu

UNEC - “Azərreyl” - 0:3 (16:25, 5:25, 15:25)

B qrupu
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 3:1 (12:25, 29:27, 25:17, 25:14)

İdman.biz