Ruban komandasına qələbə qazandırıb

Xəbərlər
9 Oktyabr 2023 22:28
202
Ruban komandasına qələbə qazandırıb

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatının ilk turuna damğa vurub.

İdman.biz saytı xəbər verir ki, “Luqoj” öz meydanında 3:0 hesabı ilə qələbə qazanıb.

Təmsilçimizin klubu səfərdə güclü “Arceş Piteşti” ilə qarşılaşıb. Qonaqların üstünlüyü ilə keçən matçda Ruban 13 xalla görüşün ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, Yelizavetanın çıxış etdiyi “Luqoj” ötən mövsümdə Rumıniya kuboku və Superkubokunu qazanıb.

İdman.biz