Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev yeni mövsümdə qadınlar arasında keçiriləcək avrokubok oyununa təyinat alıb.
İdman.biz xəbər verir ki, o, Türkiyənin “Kuzeyboru” və Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında CEV kubokunun 1/16 final ilk qarşılaşmasını idarə edəcək.
Qarşılaşmanın digər hakimi Nikolaos Angelides (Yunanıstan) olacaq.
Qeyd edək ki, görüş noyabrın 5-də Aksaray idman kompleksində keçiriləcək.
İdman.biz