“Gəncə” voleybol klubu heyətini daha bir əcnəbi voleybolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, komanda rusiyalı voleybolçu Mariya Tuşovanı heyətinə qatıb.
Forvard Filippinin “Kapital Solar Spaykers” klubundan bölgə təmsilçisinə transfer olunub.
Bu, “Gəncə”dəki ikinci rus voleybolçudur. Bundan əvvəl klub heyətini blokçu Anastasiya Atepalina ilə gücləndirib.
Qeyd edək ki, komandanın digər legioneri tailandlı Tiçak Bunlertidir.
İdman.biz