Argentinalı məşqçi “Gəncə”də

Xəbərlər
2 Oktyabr 2023 18:12
257
Argentinalı məşqçi “Gəncə”də

Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

İdman.biz saytı xəbər verir ki, komanda İqnasio Aqustin İbarra ilə anlaşıb.

Argentinalı mütəxəssislə birillik müqavilə imzalanıb. O, komandanın baş məşqçisi Sergey Çasnavitskiyə kömək edəcək. İqnasio Aqustin İbarranın son iş yeri Argentinanın “Circulo La-Plata” klubu olub. Komanda daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi müqavilə imzalayıb.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiyana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.

İdman.biz