“Gəncə”də yeni voleybolçu

Xəbərlər
21 Avqust 2024 18:22
339
“Gəncə”də yeni voleybolçu

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətinə yeni oyunçu qatıb.

İdman.biz xəbər verir ki, bunu Qərb təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Amina Ramazanova klubun formasını geyinəcək. Onunla bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, voleybolçu ötən mövsümü "Murov Az Terminal"da keçirib.

İdman.biz