Azərbaycanlı hakimlər avrokuboka təyinat alıblar

Xəbərlər
30 Sentyabr 2023 12:28
226
Azərbaycanlı hakimlər avrokuboka təyinat alıblar

Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli azərbaycanlı hakimlərə növbəti dəfə etimad göstərib.

İdman.biz xəbər verir ki, CEV 2 həmyerlimizə Çağırış Kubokunun 1/32 final mərhələsinin ilk görüşləri üçün dəvət göndərib.

Konstantin Selin oktyabrın 11-də qadın voleybolçular arasında Luqoj keçiriləcək GSM (Rumıniya) – “Rabotniçki” (Şimali Makedoniya) görüşündə əsas hakim olacaq. Ona türkiyəli Deniz Demir köməklik edəcək.

Zaur Hacıyev isə 1 gün sonra iş başında olacaq. O, Bursada təşkil olunacaq “Nilufer Belediyesi” (Türkiyə) – “ASP Tetis” (Yunanıstan) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmada əsas referi Borislav Yordanov (Bolqarıstan) olacaq.

İdman.biz